İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yüzlərlə nüvə silahı mütəxəssisi səhvən işdən çıxarılıb

Donald Tramp administrasiyası ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) nüvə arsenalının monitorinqinə cavabdeh olan 300-dən çox əməkdaşını təsadüfən işdən çıxarıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, indi hakimiyyət mütəxəssisləri geri qaytarmağa çalışır.

CNN-in məlumatına görə, İlon Maskın rəhbərlik etdiyi federal agentliyin təşəbbüsü ilə baş verib bə ehtimal olunur ki, buna səbəb məmurların agentliyin funksiyalarını bilməməsidir.

İşdən çıxarılanlar arasında nüvə obyektlərində işləyən və silah sınaqları ilə məşğul olan mütəxəssislər də var. İndi ABŞ hakimiyyəti itkisi milli təhlükəsizliyə təsir edə biləcək mütəxəssisləri geri qaytarmaq üçün təcili tədbirlər görür.

Qeyd edək ki, Trampın administrasiyasında təmsil olunan İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Agenetliyi (DOGE) son bir neçə həftədə minlərlə məmuru işdən azad edib. Gələn informasiyalar göstərir ki, DOGE bəzən ağına-bozuna baxmır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR