İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-yə gedənlərin sayı kəskin azalıb – Ölkə on milyardlarla dollar itirəcək

Xarici turizmin azalması və Amerika mallarının boykotları ABŞ iqtisadiyyatı bu il on milyardlarla dollar gəlir itirəcək.

Musavat.com xəbər verir ki, bu, Bloomberg-in hazırladığı araşdırmada əksini tapıb. Materiala əsasən Goldman Sachs Group-un analitikləri proqnozlaşdırıblar ki, ABŞ-yə xarici səfərlərin sayının azalması və ən pis ssenaridə boykotdan gələn zərər ümumi daxili məhsulun 0,3 faizii, təxminən 90 milyard dollar təşkil edə bilər.


ABŞ Beynəlxalq Ticarət Administrasiyasının məlumatına görə, ABŞ-yə hava yolu ilə gələn xarici səyahətçilərin sayı mart ayında əvvəlki ilin mart ayı ilə müqayisədə təxminən 10 faiz azalıb.

Əmək Statistikası Bürosunun aprelin 10-da açıqladığı aylıq istehlak qiymətləri hesabatına əsasən, aviabiletlərin, otellərin və kirayə avtomobillərin qiymətləri mart ayında ucuzlaşıb. Goldman Sachs və HSBC Holdings iqtisadçıları hesab edirlər ki, bu azalmada xarici turistlər də daxil olmaqla tələbin azalması rol oynayıb.

Inflation Insights prezidenti Omair Sharif jurnalistlərə bildirib ki, şimal-şərqdə qiymətlər, ehtimal ki, kanadalı turistlərin sayının azalması nəticəsində təxminən 11 faiz düşüb: "Kanadaya səyahətlərin azalması ilə bağlı bildiklərimizi nəzərə alsaq, bu, müəyyən narahatlıq yarada bilər".

Bloomberg yazır ki, Kanadalılar əvvəllər ABŞ-yə gələn ən böyük xarici turist qrupu idilər, lakin indi Donald Tramp administrasiyasının ölkə iqtisadiyyatına və suverenliyinə hücumları səbəbindən səyahət etməməyi seçirlər. Kanadalı videoqraf Kertis Allen nəşrə bildirib ki, Tramp öz ölkəsinə “cəza rüsumları” tətbiq etdikdən və onun 51-ci ştat olmasını təklif etdikdən sonra ABŞ-yə tətilini ləğv edib. Allen, Oreqona tez-tez səyahət etdiyini, lakin bu il Britaniya Kolumbiyasına səyahət etməyi planlaşdırdığını söylədi. Bloomberg mənbəyi əlavə etdi ki, o, Netflix abunəliyini ləğv edib və ərzaq mağazalarında Amerika idxalından fəal şəkildə yayınır.

OAG Aviation Worldwide-ın hesabatına görə, sentyabr ayı üçün Kanadadan ABŞ-yə aviabilet sifarişlərinin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 70 faiz azalıb. Həmçinin yay üçün avropalı turistlər arasında ABŞ-də Accor otellərində sifarişlərin sayı 25 faiz azalıb.

Beynəlxalq Ticarət İdarəsinin məlumatına görə, keçən il beynəlxalq turistlər ABŞ-də rekord məbləğdə - 254 milyard dollar xərcləyiblər. Agentliyin 2025-ci il üçün proqnozuna görə, bir il ərzində ABŞ-yə 77 milyon insanın səfər edəcəyi gözlənilirdi. Bu, 2019-cu ilin rekordundan bir qədər aşağıdır, lakin departament 2026-cı ildə yeni maksimumu gözləyirdi.

Bloomberg yazır ki, proqnoz Amerika hava limanlarında əcnəbilərin, o cümlədən Avropa ölkələrinin vətəndaşlarının ciddi yoxlanılması ilə bağlı xəbərlər yayılmağa başlamazdan əvvəl dərc edilib.

Goldman Sachs iqtisadçıları Cozef Briqqs və Meqan Peters bildiriblər ki, “ABŞ-nin tarif elanları və tarixi müttəfiqlərə qarşı daha aqressiv mövqeyi qlobal ictimai rəyi sarsıtdı. Onların fikrincə, ABŞ-nin il üçün ÜDM-i proqnozlaşdırılandan aşağı olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR