İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Yaxın Şərqdə HƏRƏKƏTƏ KEÇİR - Yüz minlərlə amerikalı...

ABŞ prezident administrasiyası yüz minlərlə Amerika vətəndaşının Yaxın Şərqdən təxliyəsinə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ABŞ hökumətinin fövqəladə vəziyyət planları ilə tanış olan rəsmilərə istinadən yazıb.

Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatı hazırladığını elan etdikdən sonra təxliyə ehtiyacı kəskin şəkildə artıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, indiki vəziyyətdə təkcə İsraildə deyil, həm də qonşu Livanda yaşayan ABŞ vətəndaşlarının bu miqyasda evakuasiyası ən pis ssenari hesab olunur.

ABŞ prezident administrasiyası evakuasiya perspektivindən narahatdır. Dövlət Departamentinin hesablamalarına görə, HƏMAS-ın İsrailə hücumu zamanı yəhudi dövlətində təxminən 600 min, Livanda isə 86 min ABŞ vətəndaşı olub.

"Hizbullah" hərəkatının HƏMAS-a dəstəyini ifadə etməsindən sonra amerikalıların Livandan çıxarılması zərurəti yaranıb. ABŞ HƏMAS-ın ardınca "Hizbullah"ın şimaldan İsrailə hücum edəcəyindən və bununla da ikinci cəbhə yaradacağından ehtiyat edir.

ABŞ rəsmiləri amerikalılar arasında çaxnaşma yaratmaq istəmədikləri üçün evakuasiya planları haqqında açıq danışmırlar. Ekspertlərin fikrincə, vətəndaşların potensial təxliyəsi əvvəlki əməliyyatlardan daha çətin ola bilər. 

Xatırladaq ki, İsrail və Qəzza zolağına nəzarət edən HƏMAS oktyabrın 7-dən müharibə aparır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR