Onlayn ictimai-siyasi qəzet
ABŞ və Ukrayna təbii sərvətlərin işlənməsi ilə bağlı əməkdaşlıq üzrə yeni saziş imzalayıblar.
Musavat.com xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, sənəd Vaşinqtona Ukraynanın təbii resursları – o cümlədən alüminium, qrafit, neft və təbii qaz üzrə yeni investisiya layihələrində imtiyazlı iştirak hüququ verir.
Mənbənin bildirdiyinə görə, Ukrayna rəsmiləri ilkin olaraq əhatəli sazişin ümumi prinsiplərini razılaşdırıb, detalları isə sonradan dəqiqləşdirmək niyyətində olublar. Lakin ABŞ bütün komponentlərin dərhal razılaşdırılmasında israrlı olub.
Sazişə əsasən, ABŞ Ukraynada yaradılacaq xüsusi rekonstruksiya investisiya fonduna yönəldilən gəlirlər üzrə ilk tələb hüququna malik olacaq. Həmin fond Vaşinqtonun nəzarətində olacaq. "Bloomberg"in əldə etdiyi sənəd layihəsində qeyd edilir ki, ABŞ yalnız Ukraynaya gələcəkdə göstəriləcək hərbi yardımı bu fonda öz payı kimi hesablayacaq.
Sazişdə qeyd olunur ki, bu addım Rusiya tərəfindən başlanmış genişmiqyaslı müharibənin yaratdığı dağıntılara cavab olaraq, Ukraynanın uzunmüddətli bərpası və modernləşdirilməsi məqsədi daşıyan strateji tərəfdaşlığı gücləndirir.
Eyni zamanda, Vaşinqton Ukraynanın Avropa İttifaqına üzvlük planlarına zidd getməməsi üçün bu razılaşmanın uyğun şəkildə tənzimlənəcəyini qəbul edib.
***
ABŞ və Ukrayna strateji əhəmiyyətli faydalı qazıntılar sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" yayıb.
Saziş çərçivəsində iki ölkə nadir torpaq elementlərinin hasilatı və emalı, həmçinin bu sahədə texnologiya və investisiya imkanlarının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Müqavilə, xüsusilə enerji keçidi və müdafiə sənayesi üçün vacib olan resursların etibarlı tədarükünü təmin etməyi hədəfləyir.
Musavat.com
01 May 2025
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ