Onlayn ictimai-siyasi qəzet
Rusiyadan dəniz yolu ilə daşınan xam neft və neft məhsullarına qiymət məhdudiyyəti siyasətində iştirak edən koalisiya nümayəndələri yanacağın növündən asılı olaraq iki ayrı qiymət tavanının tətbiqi barədə razılığa gəlib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyinin bəyanatında deyilir.
ABŞ-ın maliyyə nazirinin müavini Adevale Adeyemo bildirib ki müvafiq razılaşma koalisiya üzvləri ilə virtual görüşdə əldə olunub. Qiymət məhdudiyyətlərindən biri dizel yanacağı və benzinə, digəri isə xam neftə nisbətən ucuz satılan mazut kimi məhsullara aiddir.
Belə yanaşmanın həmin məhsulların bazar qiymətlərindəki böyük fərqi nəzərə alaraq qiymət tavanı siyasətini daha yaxşı qurmağa imkan verəcəyi bildirilir.
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ