İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya hərbi yardımı dayandırıb

ABŞ-nin Ukraynaya hərbi yardımı dayanıb.

“Report” xəbər verir ki, bu barədə Ağ evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlayıb.

“Göstərdiyimiz yardım hazırda dayandırılıb”, – Kirbi vurğulayıb.

Xatırladaq ki, ötən ilin dekabr ayının sonunda ABŞ Ukraynaya 250 milyon dollarlıq son yardım paketi ayırıb. 2024-cü il üçün davam edən maliyyələşdirmə hələ Konqres tərəfindən təsdiqlənməyib. Prezident Cozef Bayden bu məqsədlə 61 milyard dollar təklif edir, ancaq respublikaçılar amerikan sərhədlərin mühafizəsinə daha çox maliyyə tələb edirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR