İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya 120 milyon dollara yaxın vəsait ayıracaq

ABŞ Ukraynaya İİV/QİÇS-lə mübarizəyə kömək etmək üçün 118,5 milyon dollar verəcək. Maliyyələşmə iki ilə nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” Ukrayna hökumətinə istinadən məlumat yayıb.

Ümumi məbləğin 59,5 milyon dollarının 2024-cü ildə, qalan hissəsinin isə 2025-ci ildə ayrılması planlaşdırılır.

“İki illik maliyyələşdirmə ilk dəfə tətbiq olunacaq. Bundan əlavə, Qlobal Fond 2024-2026-cı illər ərzində 157 milyon dollar yardım ayrılacağını da açıqlayıb”, - məlumatda deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR