İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynadan imtina edir? – Trampa "müzakirələr bitdi" mesajı gedir

Ukraynadakı müharibənin gələcəyi ilə bağlı Vaşinqtondan mühüm açıqlama gəlib.

Musavat.com xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bildirib: əgər Ukraynadakı müharibəni dayandırmaq üçün atılan addımlar yaxın günlərdə nəticə verməsə, Prezident Trampa müzakirələrin artıq real bir seçim olmadığını çatdıracaqlar. Rubio bu fikirləri ABŞ mediasına açıqlamasında deyib.

O əlavə edib ki, son 3 ildə ABŞ Ukraynaya ciddi dəstək verib, lakin artıq "başqa məsələlərə fokuslanmağın vaxtı çatıb".

Onun sözlərinə görə, ABŞ-ın dünyada bir çox digər prioritetləri var və Ukrayna məsələsinə əvvəlki kimi üstünlük verilməsi çətinləşir.

Rubio həmçinin qeyd edib ki, ABŞ hələlik Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsini ictimai müzakirəyə çıxarmağa hazır deyil. Bu isə Kiyev üçün böyük suallar yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR