Onlayn ictimai-siyasi qəzet
İsrail hökuməti Qəzza zolağına tam nəzarəti ələ keçirməzdən əvvəl on minlərlə ehtiyat əsgəri silahlı qüvvələrə səfərbər etməyə hazırlaşır. Bu plan artıq İsrail hərbi komandanlığı tərəfindən tənqid olunub.
Musavat.com xəbər verir ki, Kanal 13-ün məlumatına görə, ehtiyatda olan on minlərlə hərbçinin orduya səfərbər olunması avqustun 10-da təsdiqlənəcək.
Onlar hökumətin vədlərinə baxmayaraq, ən azı 75 gün hərbi xidmətdə qalacaqlar.
İsrail Müdafiə Qüvvələrinin (IDF) yüksək rütbəli rəsmiləri hökumətin qərarını və bəzi nazirlərin davranışını sərt tənqid edirlər.
Hərbçilər bildirirlər ki, “müharibə qumda ilişib qalmış cipə çevrilib”.
Tənqidçilər arasında İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir də var. Nazirlər Kabinetinin qərarı onun mövqeyinə ziddir, çünki Zamir Qəzza zolağının ələ keçirilməsini böyük səhv hesab edir.
HƏMAS-la qismən razılaşmanı müharibədə məğlubiyyətə bərabər tutan bir sıra radikal məmurlar onun fikrinə qarşı çıxır.
İsrail, məlum olduğu kimi, HƏMAS-ın girovların azad edilməsi tələblərini qəbuledilməz sayır.
Qeyd edək ki, avqustun 8-də İsrail Təhlükəsizlik Kabineti baş nazir Benyamin Netanyahunun Qəzza şəhəri üzərində tam hərbi nəzarət yaratmaq planını təsdiqləyib.
Musavat.com
10 Avqust 2025
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ