Onlayn ictimai-siyasi qəzet
Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən Sammit bütün dünyanın diqqət mərkəzinə düşdü.
Sammitdə əldə olunan nəticələr, imzalanan sənədlərə beynəlxalq təşkilatların reaksiyası da özünü çox gözlətmədi.
Avropa institutları Vaşinqton görüşünü yüksək qiymətləndirir
Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi görüşü “hərarətlə qarşılayıb”, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanmasını alqışlayıb. Təşkilatın saytında yerləşdirilən açıqlamada (https://www.consilium.europa.eu/en/press/press-releases/2025/08/08/joint-statement-by-president-costa-of-the-european-council-and-president-von-der-leyen-of-the-european-commission-on-the-initialling-of-the-armenia-azerbaijan-peace-treaty-and-on-the-declaration-between-president-aliyev-and-pm-pashinyan-in-/) qeyd olunub ki, Prezident Trampın Ağ Evdə iştirakı ilə Birgə Bəyannamənin imzalanması həm Ermənistan, həm də Azərbaycan üçün böyük inkişafdır, hər iki ölkə üçün və bütün regionda davamlı, davamlı sülhə yol açır. Qeyd olunur ki, indi Ermənistan və Azərbaycan arasında münasibətlərin tam hüquqlu normallaşması istiqamətində davamlı və fasiləsiz irəliləyişi təmin etmək üçün razılaşdırılmış addımların vaxtında həyata keçirilməsini təmin etmək vacib olacaq. Avropa İttifaqı Ermənistan-Azərbaycan normallaşma prosesini qətiyyətlə dəstəkləyir və regional əlaqəyə və tam açıqlığa, ilk növbədə, münaqişə irsi ilə bölünmüş əhaliyə fayda vermək və regionu davamlı sülhə, sabitliyə və rifaha yaxınlaşdırmağa sərmayə qoymağa hazırdır.
Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta (https://x.com/eucopresident/status/1953924300781891968?t=3dAa8VdoQ055CFQgxqptBg&s=19) və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen (https://x.com/vonderleyen/status/1953926417483227429?s=48&t=Oo5qP3iD5D2O7nhA5B490w) müştərək bəyanatla Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayıb. Antonio Koşta və Ursula von der Leyen hadisənin uzunmüddətli sülhə yol açacağını vurğulayıb. Bundan başqa, Avropa İttifaqının regionda sülh və inkişaf naminə normallaşma prosesini dəstəkləməyə davam edəcəyi vurğulanıb.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın bəyanatında (https://x.com/kajakallas/status/1953931106807382166?t=fd601yFc0uL6CPHLfu5K4g&s=19) bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Prezident Trampın iştirakı ilə əldə olunan razılaşmalar onilliklər boyu davam edən münaqişəni sonlandırmaq baxımından mühüm hadisədir: “Biz hər iki tərəfi və ABŞ Administrasiyasını fürsətdən istifadə edib irəliləyiş əldə etdiklərinə görə alqışlayırıq. İndi razılaşmalarda qeyd olunan məsələlərin vaxtında icra olunmasını təmin etmək vacib məsələdir. Bunlar sülh müqaviləsinin imzalanması və ratifikasiyasıdır. Biz tərəfdaşlarımızla hərtərəfli normallaşmanın əldə olunması üçün işləməyə hazırıq. Biz bu məsələdə əlavə dəstək göstərməyə hazırıq”.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bölgəni davamlı sülhə və firavanlığa daha da yaxınlaşdıran tarixi addım münasibətilə tərəfləri təbrik edib (https://x.com/eusr_sccig/status/1953946144502899184?s=48&t=Oo5qP3iD5D2O7nhA5B490w), bunu cəsarətli liderlik və uzunmüddətli baxış kimi qiymətləndirib.
Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı sülh sazişinin paraflanması münasibətilə təbrik edib, bunu davamlı sülh və sabitlik yolunda həlledici addım sayıb (https://x.com/MartaKosEU/status/1953913925072015720?t=045Tj9ApGLMPbfIjVUHY0g&s=19). Marta Kos Azərbaycan və Ermənistana qarşıdakı səfərini səbirsizliklə gözlədiyini vurğulayıb, normallaşma prosesini və regional əlaqəni dəstəkləməyə hazır olduğunu bildirib.
Avropa Şurasının Baş katibi Alain Berset Vaşinqtonda Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün razılaşdırılmış mərhələni alqışlayıb (https://x.com/alain_berset/status/1953934024314888413?s=48&t=Oo5qP3iD5D2O7nhA5B490w) və dəstək verməyə hazır olduğunu nəzərə çatdırıb.
Avropa Şurası Parlament Assambleyasının prezidenti Theodoros Rousopoulos da ABŞ-ın himayəsi altında Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış sülh sazişini səmimiyyətlə alqışladığını vurğulayıb (https://x.com/pace_president/status/1954098239663112283?s=48). Qeyd edilib ki, AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını dəstəkləyib, bu sazişin möhkəmləndirilməsi mərhələlərini müşayiət etməyə və qarşılıqlı etimadı gücləndirməyə hazırdır.
NATO-dan dəstək
NATO da Azərbaycan və Ermənistanın sülh istiqamətində əldə etdiyi irəliləyişi alqışlayıb (https://apa.az/xarici-siyaset/nato-azerbaycan-ve-ermenistanin-sulh-yolunda-atdigi-addimi-musbet-qarsilayir-912104). NATO mətbuat katibi Allison Hartın sosial şəbəkə hesabındakı bəyanatda qeyd olunub ki, Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyişdən məmnundurlar. Bəyanatda Prezident Trampa sülh üçün çalışdığına görə təşəkkür edilir, bunun regional təhlükəsizlik və normallaşma prosesi üçün mühüm bir addım olduğu vurğulanır. Vurğulanır ki, NATO tərəfdaşları olan Azərbaycan və Ermənistanla işləməyə davam edəcəklər.
NATO-nun Avstriya, Ukrayna, Kosovo, Bosniya, Aİ üçün genişlənməsi üzrə Avstriya Komitəsinin (beynəlxalq QHT) rəhbəri Gunther Fehlinger-Jahn isə hətta Ermənistanı və Azərbaycanı indi NATO-ya üzv olmağa çağırıb, regionda sülhü Rusiya və İran müqavimətinə qarşı yalnız NATO-nun təmin edə biləcəyini vurğulayıb (https://x.com/gunterfehlinger/status/1953948185480605816?s=46&t=wpY-qgvJFkMavCWfqry0AQ).
TDT Vaşinqton görüşündən məmnundur
Türk Dövlətləri Təşkilatının Baş katibi Kuban Omuralievin bəyanatında da (https://x.com/turkic_states/status/1954074800126578989?s=46&t=wpY-qgvJFkMavCWfqry0AQ) Birgə Bəyannamənin imzalanması yüksək qiymətləndirilir. Kuban Omuraliev bəyan edib ki, təşkilat “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişin razılaşdırılmış mətninin paraflanmasını və hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesinin və əlaqədar strukturlarının bağlanması ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına birgə müraciətin imzalanmasının qətiyyətlə tərəfdarıdır. Qeyd olunur ki, bu tarixi inkişaf Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın bərqərar olması istiqamətində mühüm mərhələdir.
ATƏT Minsk qrupu ilə bağlı razılaşmaya dəstək verməyə hazırdır
ATƏT də Azərbaycan-Ermənistan razılaşmasından məmnunluğunu ifadə edib. Təşkilatdan APA-ya bildirilib ki, avqustun 8-də Vaşinqtonda imzalanan razılaşmaları müsbət qarşılayır və ABŞ-ın bu məsələdəki rolunu təqdirəlayiq hesab edir (https://apa.az/xarici-siyaset/atet-avqustun-8-de-elde-olunan-razilasmalarin-icrasini-desteklemeye-haziriq-912105). ATƏT Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq və sülhə nail olmaq üçün mümkün olan hər şeyi etməyə çağırır, eləcə də hər iki ölkəyə stabillik və davamlı sülh gətirən bütün səyləri dəstəkləməyə davam edir. Təşkilat avqustun 8-də əldə olunan razılaşmaların icrasına dəstək verməyə hazır olduğunu bəyan edib.
ATƏT PA da Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasını alqışlayıb və bunu Cənubi Qafqazda davamlı sülhə doğru tarixi irəliləyiş adlandırıb. (https://x.com/oscepa/status/1954106909499240486?s=48&t=Oo5qP3iD5D2O7nhA5B490w)
ATƏT PA Prezideti Pere Joan Pons Sampietro Ermənistan və Azərbaycan arasında imzalanan Birgə Bəyannaməni daha yaxşı (və ümumi) gələcək üçün tarixi məqam adlandırıb. (https://x.com/perejoanpons/status/1954109111307526157?s=46&t=wpY-qgvJFkMavCWfqry0AQ).
Azərbaycan ekspertləri beynəlxalq reaksiyalar haqqında
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov APA-ya bildirib ki, ATƏT-in razılaşmaların icrasına dəstək verməyə hazır olduğunu bəyan etməsi göstərir ki, Minsk qrupunun taleyi həll olunub: “Fransa da dəstəyini ifadə edib. Onu da qeyd edim ki, ATƏT-də qərarlar konsensusla həll olunur. İlk mərhələdə ABŞ ATƏT-ə üzv ölkələrə müraciət edəcək, məsələ ATƏT-də səfirlər səviyyəsində müzakirəyə çıxarılacaq, dekabrda isə Minsk qrupu ilə bağlı qərar nazirlər səviyyəsində təsdiq olunmalıdır”.
Elmar Məmmədyarov Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəhlizlə bağlı razılaşmanın da Azərbaycan üçün əhəmiyyətini xüsusi qeyd edib. Onun sözlərinə görə, dəhlizlə bağlı ABŞ tərəfindən özəl şirkət müəyyənləşdiriləcək: “Yeni dəmir yolu tikiləcək, yoxsa sovet dövründən qalan dəmir yolundan istifadə ediləcək - bu, növbəti mərhələdə müzakirə mövzusu olacaq”.
Sabiq xarici işlər naziri Vaşinqton görüşündə əldə olunan razılaşmaların sülh yolunda Azərbaycan və Ermənistan üçün çox önəmli olduğunu vurğulayıb: Bu, həmçinin Prezident Donald Tramp üçün də çox önəmlidir. ABŞ-ın rolu baxımından da Vaşinqton bu razılaşmalara xüsusi əhəmiyyət verir”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu APA-ya açıqlamasında deyib ki, Vaşinqtonda qəbul edilən Birgə Bəyannamə, sülh sazişinin paraflanması tək Azərbaycan, Ermənistan və ABŞ-ın maraqlarına xidmət etmir: “Bu, bütövlükdə Avrasiya və digər ölkələr üçün də faydalıdır. Hər kəs bundan qazana bilər, çünki bölgədə sülh, 35 ildən sonra həm Azərbaycan və Ermənistan arasında sülh imkanı yaranır. İndi bölgə əməkdaşlığa başlayır və bundan hamı faydalana bilər, çünki nəqliyyat marşrutları bu bölgədən keçir və keçəcək. Ona görə də beynəlxalq təşkilatlar və əksər ölkə Vaşinqton razılaşmasını dəstəkləyir. Hətta bir çox anti-Azərbaycan qüvvələr də bunun əleyhinə çıxa bilmir, çünki söhbət sülh və əməkdaşlıqdan gedir. NATO-nun, eləcə də Fransa və İran Xarici İşlər nazirliklərinin açıqlamalarında da müsbət elementlərin var. Rusiya da bunun əleyhinə çıxa bilməz. Çünki Rusiya Prezidenti Vladimir Putin özü ABŞ Prezidenti Donald Trampla açıq dialoqdadır, bu yaxınlarda da görüşləri olacaq. Yəni bu razılaşma hamı üçün faydalıdır və ona görə də beynəlxalq təşkilatlar, aparıcı ölkələr dəstəklərini ifadə edirlər”.
10 Avqust 2025
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ