Onlayn ictimai-siyasi qəzet
İyul ayında Rusiya Müdafiə Qüvvələrinin Ukraynanın 500-550 kvadrat kilometr ərazisini işğal edib.
Musavat.com xəbər verir ki, bu barədə Britaniya Kəşfiyyatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya Quru Qoşunları taktiki irəliləyişlərini Donetsk vilayətində, əsasən Pokrovska rayonunun şimal-şərq və cənub-qərb istiqamətlərində davam etdirir.
Ruslar şəhəri mühasirəyə almaq və şəhərdə qalan logistika marşrutlarına nəzarəti ələ keçirməyə çalışırlar.
Sum vilayətində isə son iki həftə ərzində Rusiya Müdafiə Qüvvələri uğur qazana bilməyib.
“Sabit itkilər və Ukrayna Silahlı Qüvvələrinin lokal əks-hücumları ehtimal ki, Rusiya planlarını orada tampon zona yaratmaqda pozub”, - deyə hesabatda vurğulanır.
Bundan əlavə, britaniyalıların qiymətləndirməsinə görə, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin sərhədinə yaxın ərazidə məhdud əməliyyatlarını davam etdirir.
Musavat.com
11 Avqust 2025
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ