Onlayn ictimai-siyasi qəzet
Livanın cənubundakı Tir şəhəri yaxınlığında sursat partlaması nəticəsində azı 6 Livan ordusu hərbçisi həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al-Hadath" telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, partlayış "Hizbullah"a məxsus silah anbarının sökülməsi zamanı baş verib. Anbar Vadi Zıbqin bölgəsindəki yeraltı sığınacaqda yerləşirmiş.
Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub, yaralıların təxliyəsi davam edir.
Qeyd edək ki, bu həftənin əvvəlində BMT sülhməramlıları Livanın cənubunda bunkerləri və silah anbarları olan geniş tunel şəbəkəsini aşkar edib. Burada yüzlərlə mərmi, raket, işə salma qurğuları, partlayıcı maddələr və tank əleyhinə minalar tapılıb.
"Reuters" agentliyinin məlumatına əsasən, insidentə İsraillə müharibədən qalan partlamamış sursatlar səbəb olub.
Musavat.com
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ