İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Trampın malikanəsinə girən qadını araşdırır

ABŞ hüquq-mühafizə orqanları Donald Trampın Florida ştatında yerləşən, hazırda FTB-nin məxfi sənədlərin itirilməsi ilə bağlı araşdırmasının mərkəzində duran Mar-a-Laqo klub-malikanəsində şübhəli əcnəbi vətəndaşların görünməsi faktlarını araşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) qəzetdə yayımladığı məqaləyə əsasən, özünü Rotşildlər sülaləsinin üzvü kimi təqdim edən ukraynalı qadın şəxsi kluba saxta kimliklə daxil ola bilib.

İddiaya görə, 33 yaşlı İnna Yaşişina klub üzvlərinə Rotşild varisi olduğu barədə informasiya verib və Mar-a-Laqoda keçirilən tədbirlərdə Tramp, Cənubi Karolinadan olan senator Lindsi Qrem və başqaları ilə ünsiyyətdə olub.

Xatırladaq ki, bu ayın əvvəllərində Federal Təhqiqatlar Bürosu Mar-a-Laqoda Tramp və onun köməkçiləri tərəfindən dövlət sirrini icazəsiz saxlaması faktı ilə bağlı cinayət təhqiqatının bir hissəsi olaraq axtarış tədbirləri həyata keçirib.

Konqresin üzvləri - Adam Şiff və Kerolin Maloni ABŞ kəşfiyyatının direktoru Avril Haynsla görüşüblər. Kəşfiyyat rəhbəri onlara Trampın özü ilə bərabər götürdüyü məxfi sənədlərin başqalarına ötürülməsiylə bağlı risklər haqqında məlumat verib. Bunun üçün qurum Ədliyyə Nazirliyi ilə birlikdə gizli sənədlərin lazımi qaydada saxlanılıb-saxlanılmadığını diqqətlə araşdıracaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR