İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ “Təhriki Taliban” qruplaşması ilə mübarizədə Pakistana yardım etməyə hazırdır

Vaşinqton “Təhriki Taliban” qruplaşmasının təhdidlərinə qarşı mübarizədə İslamabada yardım etməyə hazırdır.

AZƏRTAC Geo.tv telekanalına istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays dekabrın 19-da jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Pakistanda mövcud vəziyyətdən xəbərdarıq. Silahlıların terrorla mübarizə idarəsinin Bannu şəhərindəki məntəqəsinə nəzarəti ələ keçirməsi ilə bağlı xəbərləri diqqətlə izləyirik”, - deyə Ned Prays bildirib. Onun sözlərinə görə, ABŞ Pakistan rəhbərliyi ilə əlaqə saxlayır və İslamabada həm mövcud vəziyyət kontekstində, həm də daha geniş mənada yardım göstərməyə hazırdır.

Qeyd edək ki, dekabrın 18-də “Təhriki Taliban” qruplaşmasının silahlıları terrorla mübarizə idarəsinin Bannu şəhərindəki (Xeybər-Paxtunxva əyaləti) məntəqəsini tutaraq əməkdaşların bir hissəsini girov götürüb. Qruplaşma üzvləri girovların azad edilməsi müqabilində Əfqanıstana maneəsiz keçid tələb edirlər. Həmin rayon təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Şəhərdə internet kəsilib, hakimiyyət orqanları sakinlərdən evlərində qalmağı xahiş edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR