İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Tayvan uğrunda döyüşməyə hazırdır

ABŞ-ın Tayvandakı qeyri-rəsmi səfiri Raymond Qrin bildirib ki, Vaşinqtonun adanı müdafiə etmək öhdəliyi sərt, prinsipialdır və ikitərəfli dəstəyə malikdir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, səfir Çinin təhdidlərinə qarşı ABŞ-nin Tayvana kömək etmək vədinə əməl edəcəyini deyib. "Tayvan və gəmilərin Tayvan boğazından maneəsiz keçməsi Vaşinqton üçün prioritetdir", - R.Qrin deyib.

Lakin bu döyüşkən şərh ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi, bu yaxınlarda Pekində səfərdə olan Ceyk Sallivanın sözləri ilə ziddiyyət təşkil edir. Sallivan Çin prezidenti Si Cinpinlə görüşdə Vaşinqtonun Çinlə münasibətləri sabitləşdirmək istədiyini vurğulamışdı.

“Assoşieyted Press” agentliyi xatırladır ki, Qrin tərəfindən belə bir bəyanatın verilməsinin hüquqi əsası var. Bu, Amerikanın Tayvana davamlı dəstəyini təmin edən 1979-cu il ABŞ qanunudur. Qanun Vaşinqtonun Taypeylə diplomatik əlaqələri kəsdiyi və Pekinlə əlaqələr qurduğu bir vaxtda qəbul edilib. Lakin Pekin rəsmi olaraq bu qanuna məhəl qoymur, adanı separatçı əyalət hesab edərək, qanunlarını hazırlayır və təsdiqləyir. O, bu vilayətin materikə, o cümlədən güc tətbiqi yolu ilə birləşdirilməsini nəzərdə tutur.

Hazırda Çinlə münasibətlərin necə qurmaq məsələsində Tayvan prezidenti Lay Sinde administrasiyası ilə müxalifət arasında fikir ayrılığı var. Tayvanda iyirmi ildən artıqdır ki, demokratik sistem mövcuddur. Seçkilər keçirilir, insan hüquqlarına, söz azadlığına hörmət edilir. Parlamentdə yerlərin nisbi əksəriyyətinə malik olan müxalifət isə Çinlə sülh danışıqlarının tərəfdarıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR