İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ şirkətlərinin 20 faizi işçilərini ixtisar edə bilər

ABŞ-nin “Boeing” şirkəti 2023-cü ildə təxminən 2000 işçisini ixtisar etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi “The Seattle Times” nəşri yazıb.

Qeyd olunur ki, ixtisara düşəcək şəxslərin funksiyalarının bir hissəsini Hindistanın “Tata Consulting Services” şirkəti yerinə yetirəcək.

Məlumata görə, ABŞ şirkətlərinin təxminən 20 faizi iqtisadi vəziyyətin pisləşməsi səbəbindən işçilərini ixtisar edə bilər.

Amerikanın “Goldman Sachs” bankı artıq 3,2 min iş yerini ixtisar edən ən böyük raundlardan birinə başlayıb.

“Microsoft” 2023-cü ildə təxminən 10 min işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

Mütəxəssislərin fikrincə, bu cür tədbirlər qlobal iqtisadiyyatın inkişaf tempinin aşağı düşməsi ilə əlaqədardır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR