İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ şirkətləri Trampın siyasətindən qorxuya düşdü - "İlk danışan güllələnir..."

ABŞ-ın iri şirkətləri Donald Tramp administrasiyasının tətbiq etdiyi gömrük rüsumlarının iqtisadiyyata mənfi təsirindən narahatdır.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Məlumata görə, bir çox şirkət rəhbərləri tarif siyasətindən ciddi narahatlıq keçirsə də, məsələ ilə bağlı açıq danışmaqdan çəkinirlər. Səbəb isə Ağ Evin mümkün cavab addımlarıdır.

Nəşrin danışdığı yüksək səviyyəli şirkət nümayəndələrindən biri bildirib: “İlk danışan olmaq istəmirik, çünki məhz səni güllələyəcəklər”.

Başqa bir mənbə isə Trampa birbaşa deyil, daha “zərif” yollarla təsir göstərmək lazım olduğunu deyib. Onun sözlərinə görə, tariflərin nəticələrini Trampa “daha düşüncəli müşavirlər” vasitəsilə çatdırmaq daha effektli ola bilər.

Xatırladaq ki, Trampın iqtisadi siyasəti, xüsusilə də xarici ticarətə yönəlik sərt addımları ABŞ daxilində də birmənalı qarşılanmır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR