Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın texnologiya nəhəngləri Böyük Britaniyanın texnologiya sektoruna 31 milyard funt-sterlinq (42 milyard dollar) sərmayə qoyacaq.
Musavat.com xəbər verir ki, məlumatı Britaniyanın baş naziri Kir Starmerin ofisi açıqlayıb.
Bildirilir ki, müvafiq əməkdaşlığı sazişi ABŞ Prezidenti Donald Trampın Londona səfəri ərəfəsində razılaşdırılıb: “Microsoft, NVIDIA, Google, OpenAI və CoreWeave daxil olmaqla ABŞ-ın aparıcı texnoloji və süni intellekt şirkətləri Böyük Britaniyaya süni intellekt infrastrukturunu inkişaf etdirməyə və qabaqcıl texnologiyaların tətbiqinə kömək etmək üçün birgə 31 milyard funt sterlinq (42 milyard dollar) ayırıblar”.
Müqavilə ABŞ-ın kvant və nüvə enerjisinə sərmayəsini də əhatə edir: "Bu texnoloji tərəqqi sazişi ABŞ ilə əlaqələrimizdə nəsil dəyişikliyini qeyd edir, Atlantikanın hər iki tərəfindəki milyonlarla insanın gələcəyini formalaşdırır və ölkə daxilində böyümə, təhlükəsizlik və imkanlar təqdim edir".
Starmer həmçinin bildirib ki, bu əməkdaşlıq iki ölkəyə "sabahın texnologiyasında qlobal lider olmağa" imkan verəcək.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ