Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs orderi qüvvədə olduğundan, o, Nyu-Yorka qeyri-adi marşrutla yollanıb.
Musavat.com "The Guardian"a istinadən xəbər verir ki, BCM Netanyahunu, o cümlədən, aclığı müharibə üsulu kimi istifadə etməkdə ittiham edir. Bu səbəbdən də İsrail liderinin təyyarəsi — “Sionun Qanadı” — ən qısa yol olan Avropa qitəsi üzərindən deyil, Aralıq dənizi boyunca hərəkət edib.
Marşrut Yunanıstan və İtaliya üzərindən keçdikdən sonra gözlənilmədən cənuba — Cəbəllütariq boğazına tərəf yönləndirilib və yalnız oradan Atlantik okeanını aşaraq ABŞ-a daxil olub.
İsrail hökuməti bu qeyri-adi marşrutun səbəbini rəsmi şəkildə açıqlamasa da, İsrail mediası yazır ki, məqsəd Netanyahunun həbsinə səbəb ola biləcək ölkələrin hava məkanından yayınmaq olub.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ