Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində “Milli böhran və idarəetmənin iflası haqqında” bəyanat layihəsinin müzakirəsi zamanı müxalif “Ermənistan” blokunun parlament fraksiyası Nikol Paşinyanın impiçmentini tələb edən təşəbbüsə qoşulub.
Musavat.com xəbər verir ki, daşnak deputat İşxan Saqatelyan “Ermənistan” blokunun deputatlarının imzalarını təqdim edib.
“Paşinyanın hakimiyyəti dövründə ölkəmizin konstitusiya quruluşu dəfələrlə pozulub. Onun fəaliyyəti dövlətə xəyanət əlamətləri daşıyır. Paşinyanın vəzifədən kənarlaşdırılması üçün hüquqi və siyasi əsaslar danılmazdır”, - deyə Saqatelyan qeyd edib.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ