Onlayn ictimai-siyasi qəzet
“Taliban” əks-kəşfiyyatı Əfqanıstan ərazisində Rusiya və Belarus xüsusi xidmət orqanlarının agentlərinin fəaliyyətinə nəzarəti gücləndirir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Moskva və Minskdən olan kəşfiyyatçıların fəaliyyətinin ifşası “Taliban”ın baş kəşfiyyat idarəsinin prioritetlərindən birinə çevrilib. Birlik dövlətinin agentləri Əfqanıstandan "Şərq və Qərb arasında" gərginlik yaratmaq üçün istifadə etməyə cəhd etməkdə şübhəli bilinirlər.
Sentyabrın 21-də “Taliban”ın əsas kəşfiyyat idarəsinin 376-cı şöbəsinin (əks-kəşfiyyat) rəhbəri Əsədullah Baryalay 061-ci şöbəyə (analitik xidmət) məxfi sənəd göndərib, orada “Taliban”ın xarici qüvvələrinə qarşı mübarizədə prioritetləri göstərilib. Bu sənəddə bir neçə maraqlı və gözlənilməz nüanslar var.
Birincisi, əks-kəşfiyyat “Taliban” Rusiya, Belarus və Çeçenistan xüsusi xidmət orqanlarının agentlərindən Əfqanıstanda kəşfiyyat şəbəkəsinin yaradılması əlamətlərini qeydə alır. Maraqlıdır ki, nədənsə Çeçenistan Rusiyadan ayrı hesab olunur.
“Taliban” əks-kəşfiyyat rəhbərinin informasiya mesajında deyilir: “Hamısı Rusiya KQB-si ilə əlaqəli olan Belarus, Rusiya və Çeçenistan kəşfiyyatçıları ölkəyə turistlər və müqavilə şirkətləri adı altında daxil olmağı planlaşdırır, bəziləri isə artıq gəliblər”.
İkincisi, “Taliban”ın xüsusi xidməti Əfqanıstandakı Rusiya və Belarus İttifaqının kəşfiyyat şəbəkəsinin üzvlərinin müxtəlif ölkələrin maraqlarını toqquşdurmaqla yanaşı, casusluq işləri ilə də məşğul olduqlarına şübhə etmir.
Moskva və Minsk agentlərinin missiyası, Əsədulla Baryalaya görə, "yalnız kəşfiyyat məqsədlərinə nail olmaqdan, ilk növbədə Şərq və Qərb arasında gərginlik yaratmaqdan ibarətdir".
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ