Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Xarici İşlər Nazirliyinə çağırılıb.
Musavat.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, ABŞ-nin Moskvadakı səfirinə demarş verilib.
“Rusiyaya qarşı hibrid müharibə aparan və faktiki olaraq münaqişə tərəfinə çevrilən ABŞ-nin Ukrayna Silahlı Qüvvələrini ən müasir silahlarla təmin etdiyi vurğulanıb. Sevastopol sakinlərinin ATACMS raketləri ilə hədəfə alınması və uçuş tapşırıqlarının tətbiqi amerikalı hərbi mütəxəssislər tərəfindən həyata keçirilir. Odur ki, bu vəhşiliyə görə onlar da Kiyev rejimi ilə bərabər məsuliyyət daşıyırlar”, - XİN-dən bildiriblər.
Moskva həmçinin bəyan edib ki, bu cür hərəkətlər cəzasız qalmayacaq.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ