İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfiri: “Rusiya ilə əvvəlki və ya indiki əlaqələr Ermənistanın ehtiyaclarını ödəmir”

Rusiya ilə əvvəlki və ya indiki münasibətlər Ermənistanın ehtiyaclarına cavab vermir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı hazırkı səfiri Linn Treysi ABŞ Senatında dinləmələr zamanı bildirib.

Səfirin sözlərinə görə, bu gün Ukraynada gedən müharibə şəraitində Moskvadan asılı olan bir çox postsovet ölkələri, o cümlədən Ermənistan öz müstəqilliklərinin və suverenliklərinin gələcəyindən narahatdırlar. O, ABŞ-ın Ermənistana göstərdiyi yardım sayəsində Moskvadan asılılığı müəyyən qədər azaltdığından əmin olduğunu bildirib.

Diplomatın sözlərinə görə, ABŞ və Ermənistan arasında demokratik və təhlükəsiz gələcəyə necə töhfə verməklə bağlı çox mühüm müzakirələr gedir.

“Burada Rusiyanın da rol oynaya biləcəyi bir çox təhlükəsizlik problemi də var və biz buna diqqət yetirməyə davam etməliyik”, - diplomat bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR