Onlayn ictimai-siyasi qəzet
ABŞ-da Texas ştatının Cinayət Apellyasiya Məhkəməsi 20 il həbsdə olan amerikalı Kerri Kuku günahsız hesab edib.
“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Belə ki, kişi 1977-ci ildə 21 yaşlı qonşusu Linda Edvardsı zorlamaqda və öldürməkdə təqsirli bilinib. 1979-cu ildə o, ölüm cəzasına məhkum edilmiş, lakin sonradan hökm ləğv edilmişdir. 1992-ci ildə münsiflər heyəti yekdil qərara gələ bilməyib.
1994-cü ildə Kerri Kuk yenidən ölüm cəzasına məhkum edilib. 1999-cu ildə amerikalı istintaqla sövdələşib və həbsdə keçirdiyi 20 ili nəzərə alaraq sərbəst buraxılıb.
Bu həftə Texas məhkəməsi sübutların yanlış təfsiri və prokurorların yalan ifadələrinə görə 68 yaşlı Kuku günahsız sayıb.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ