Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşmiş Ştatları Ukraynada atəşkəsə razılaşana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tammi Bryus brifinq zamanı Moskvaya qarşı sanksiyaların yumşaldılması ehtimalını şərh edərkən deyib.
O xatırladıb ki, Amerika tərəfi atəşkəsə nail olmaq üçün fəaliyyətini davam etdirir:
“Bu qırğın dayanana qədər heç bir danışıqlar, həll yolları, razılaşmalar olmayacaq”.
Bryus həmçinin bildirib ki, Sumının ağır atəşə tutulmasından sonra Vaşinqtonda kimin həqiqətən sülhə və atəşkəsə sadiq olduğuna dair suallar yaranıb.
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ