İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyanı terror dövlətləri siyahısına daxil etmək istəyir

Elxan Şahinoğlu: “Heç bir normal ölkə və iri şirkətlər terrorçu dövlətlər siyahısında olan dövlətlə yaxın əlaqələr qurmağa risk etməyəcək”

ABŞ Rusiyanı terrorizmi maliyyələşdirən dövlətlər sırasına salmağı planlaşdırır. Daha doğrusu, bunu götür-qoy edir. Bu barədə ABŞ rəsmiləri açıqlamalarında bildiriblər.

Qeyd edək ki, hazırda beynəlxalq təşkilatların siyahısında terrorizmi maliyyələşdirən dövlətlər Şimali Koreya, İran, Suriya və Kubadır. Bəs ABŞ Rusiyanı bu qara siyahıya əlavə edəcəkmi? Rusiya bu siyahıya əlavə edilsə, dünya dövlətlərinin onunla əlaqələrində hansısa problemlər, yeni qadağalar meydana gələcəkmi?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Rusiyanı nəinki sanksiyalarla üz-üzə qoyub, artıq bu ölkəni terroru dəstəkləyən dövlətlər siyahısına düşmək təhlükəsi ilə qarşılaşdırıb. Belə bir siyahıya daxil edilmək o deməkdir ki, sən artıq terror dövləti sayılırsan: “Həqiqətən də Ukraynaya qarşı həm də terror həyata keçirilir, küçələrdə dinc insanlar qətlə yetirilir, Ukraynanın bir çox şəhərlərində kütləvi qətliamlar qeydə alınır. Ona görə ABŞ bütün bunlara əsaslanaraq Rusiyanı terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil etməyə hazırlaşır. Əgər ABŞ bu addımı rəsmiləşdirsə, Rusiyanın vəziyyəti daha da ağırlaşacaq, Rusiyanın beynəlxalq aləmdə mövqelərini daha da zəiflədəcək və Rusiya-Qərb münasibətləri daha da uçuruma yuvarlanacaq. Terrorizmi dəstəkləyən ölkələr siyahısında adı olan Rusiya ilə nəinki Qərb ölkələri hər hansı əməkdaşlıqdan çəkinib məsafə saxlamalı olacaqlar, hətta Rusiya ilə tərəfdaşlıq edən Çin, Hindistan, Qazaxıstan kimi ölkələr belə onunla əməkdaşlıqda ehtiyatlı mövqe tutacaqlar. Rusiyanın xarici işlər naziri bugünlərdə Çinə və Hindistana səfərlər etmişdi. Rusiya bu iki böyük dövləti yanında görmək istəyir. Ancaq Rusiya terrorizmi dəstəkləyən ölkələr siyahısında olsa, bu ölkələr onunla əməkdaşlıq məsələsində tərəddüd edəcəklər, çətinliklərlə üzləşəcəklər. Çinin və Hindistanın şirkətləri Rusiya ilə əməkdaşlıqdan imtina edəcəklər”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Ekspertin sözlərinə görə, heç bir normal ölkə və iri şirkətlər terrorçu dövlətlər siyahısında olan dövlətlə yaxın əlaqələr qurmağa risk etməyəcək: “Artıq Qazaxıstan rəsmiləri indidən açıq deyirlər ki, onlar Qərbin Rusiyaya qarşı sanksiyalarını nəzərə almaq məcburiyyətindədirlər. Əgər Rusiya terroru dəstəkləyən ölkələr siyahısına daxil edilsə, görün o zaman hansı məcburiyyətlər meydana çıxacaq”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR