İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ rəsmisinin Cənubi Qafqaz səfəri erməniləri məyus edib - yeni plan...

Ekspert: “Regionda güclü aktorun məhz Azərbaycan olduğu Donfridin səfəri zamanı bir daha aydın oldu, buna uyğun addımlar planlaşdırılır”

ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Azərbaycan, Gürcüstan və Ermənistana səfərləri yekunlaşıb.

Diqqətçəkən məqamlardan biri bu oldu ki, Karen Donfridin Ermənistanda keçirdiyi görüşlərdə Ermənistan rəhbərliyi yenə sərsəm bəyanatlar verib, Azərbaycana qarşı ittihamlar səsləndirib. Xanım diplomat isə onların çıxışılarını yalnız dinləyib.

ABŞ-ın yüksək ranqlı məmurunun Cənubi Qafqaz səfəri ortaya bir sıra suallar çıxardı. ABŞ Cənubi Qafqaz ölkələrindən nə istəyir? Bu cür səfər və təmasların Qarabağ məsələsində sülhün əldə edilməsinə təsiri varmı? Yoxsa bu, formal bir gedişdirmi? ABŞ 3 Güney Qafqaz ölkəsində nə axtarır? Sülh, yoxsa...?

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, ABŞ dövlət katibinin köməkçisi Karen Donfridin Cənubi Qafqaza səfərinin yekunları ilə bağlı konkret fikirlər söyləmək mümkündür. Bu səfərlər Amerikanın bölgədə aktivləşmək strategiyasının işə salınmasından xəbər verir: “Regionda yeni geosiyasi reallıqlar formalaşıb. Vaşinqton bu reallıqları öyrənir və buna uyğun planlar hazırlayır. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi ABŞ-ın postsovet məkanına, eləcə də Cənubi Qafqaza diqqətini daha da artırmağa səbəb olub. Xüsusilə biz ABŞ-Azərbaycan münasibətlərinə nəzər sala bilərik. Keçmişdə bu münasibətlərdə bir sıra problemlər olsa da, xüsusilə ABŞ Konqresində ölkəmizə qarşı zaman-zaman müşahidə olunsa da bu siyasətin erməni lobbisinin təsiri altında həyata keçirildiyi məlum olub. Lakin ABŞ-Azərbaycan münasibətləri get-gedə inkişaf edib və bu gün bir çox istiqamətlər üzrə yüksək ikitərəfli münasibətlər mövcuddur.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

 İlyas Hüseynov 

44 günlük Vətən müharibəsi Donald Tramp administrasiyasının fəaliyyət dövrünün sonuna təsadüf etdi və ABŞ-ı biz həmin müharibə dövründə bir qədər susqun və kənarda dayanmış müşahidə etdik. 2021-ci ildə yeni reallıqlar əsnasında fəaliyyətin daha da qabardığını gördük. ABŞ artıq yeni reallıqlara uyğunlaşmaq istiqamətində təşəbbüslər nümayiş etdirdi. Qurulan təmaslar, telefon danışıqları, məktublar, görüşlər ilk növbədə regiondakı reallıqlar istiqamətində inkişaf edən dayaqların möhkəmləndirilməsinə sərf olundu. Eyni zamanda biz Bayden administrasiyasının həm müstəqillik günü, həm də Xəzər Beynəlxalq neft qaz sərgisi ilə bağlı göndərdiyi məktublarda Azərbaycanla münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində müsbət impulsların olduğu nəzərə çarpdı. Bunun ardınca dövlət katibinin köməkçisinin səfəri həm nəbz yoxlaması, həm də regionda olan dövlətlərin ABŞ xarici siyasət strategiyasına uyğun olub-olmadığın yoxlamaq xarakteri daşıyırdı. Eyni zamanda Vaşinqtonun region dövlətlərinə münasibəti, bu dövlətlərdən gözləntiləri ilə bağlı mövqeyi yəqin ki, yerində çatdırılmış oldu". Ekspert qeyd etdi ki, xanım Donfrid nə Bakıda, nə də İrəvanda olanda “Dağlıq Qarabağ”, “status” kimi ifadələri işlətmədi. Ermənistan hakimiyyətinin təmsilçiləri onunla görüşdə Azərbaycana qarşı ittihamlar irəli sürdülər, lakin Donfrid Azərbaycanı narazı salacaq hər hansı ifadə dilinə gətirmədi. Erməniləri məyus edən bir durum ortada idi: “Regionda güclü aktorun məhz Azərbaycan olduğu Donfridin səfəri zamanı bir daha aydın oldu.

ABŞ dövlət katibinin köməkçisinin Cənubi Qafqaz ölkələrinə səfəri Amerikanın regionla əlaqələrini yeni müstəviyə çıxarmaq planının tərkib hissəsidir. Sülhə isə təbii ki, təsiri var".   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR