İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Putinin Pxenyana niyə getdiyini bilir - Blinken

Vaşinqton administrasiyası Rusiyanın Şimali Koreya və İranla hərbi-texniki əməkdaşlığının qarşısını almağa çalışacaq. Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə Vaşinqtonda danışıqlardan sonra birgə mətbuat konfransında deyib.

Dövlət katibinin sözlərinə görə, ölkəsi həmçinin Çinin Rusiya ilə iqtisadi əlaqələrini azaltmağa ümid edir: "Əgər xüsusilə də müharibəni bitirməkdə dərindən maraqlı olduğunu bəyan edən Çin həqiqətən buna sadiqdirsə, o zaman müharibə maşını üçün yanacaq verməyi dayandıracaq. Və biz İran və Şimali Koreya kimi ölkələrin verdiyi dəstəyi dayandırmaq üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik".

Blinken həmçinin bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinin Pxenyana səfəri hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Onun sözlərinə görə, Rusiya Şimali Koreyadan Ukraynanı dağıtmaq üçün sursat alır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR