İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin yeni hücumu: İran nefti ilə ticarət edənlər cəzalandırılacaq!

"Vaşinqton İran neftini alanı da, emal edəni də hədəfə götürüb".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Rusiyanı çökdürmək planı işə düşüb" – Elxan Şahinoğlu - Turkustan.az

Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə məşğul olarkən, Yəməndəki husilərlə mübarizəni də genişləndirib:

"ABŞ husilərin mövqelərinə raket zərbələri endirməklə yanaşı Yəməndəki qüvvələrlə əməkdaşlıq edən İranı və Çini də cəzalandırmağa qərar verib. ABŞ Dövlət Departamenti İranın xam neftinin alınması və saxlanmasına görə Çindəki neft-kimya anbar terminalından birinə qarşı sanksiya tətbiq edib. Dövlət Departameni İran xam neftinin alınması və emalına görə Çinin “Shandong Shouguang Luqing Petrochemical Company” şirkətini yüz milyonlarla dollarlıq sanksiya siyahısına əlavə edib. Vaşinqton hesab edir ki, husilərin İranla Çin arasında neft satışı üzərindən əməkdaşlığı mövcuddur. ABŞ Maliyyə Nazirliyi buna görə 12 müəssisə, 8 gəmi və bir fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning mətbuat konfransında ABŞ-nin sanksiyalarını “əsassız və qanunsuz” adlandırıb. Məsələ burasındadır ki, ABŞ-nin yeni sanksiyaları Çinin neft alışına ciddi təsir edib. Çin ABŞ-nin sanksiyaları ilə üzləşən və İran neftini daşıyan tankerlərdən 500 milyon dollar həcmində neft almışdı. Husilər Tehranln tapşırığı ilə həmin tankerlərə keçid üçün şərait yaradıb. ABŞ İran neftini daşıyan tankerlərlə yanaşı həmin nefti emal edən zavodlara qarşı da sanskiyanı sərtləşdirib. Bu Çin üçün ikiqat problem yaradır. Çinin xeyli neft email zavodu var ki, İrandan neft alır.

Beləliklə, Vaşinqton İranla Çin arasında neft zəncirini qoparmağa çalışır".

Elxan Şahinoğlu həmçinin vurğulayıb ki, Çin İran neftinin əsas alıcısıdır. Bununla Ağ Ev İranı neft alışından əldə etdiyi gəlirdən məhrum etməyi qarşısına məqsəd qoyub:

"Vaşinqton elə etmək istəyir ki, heç bir dövlət, o cümlədən Çin İrandan neft ala bilməsin. Pekin Vaşinqtonun bu siyasətinin əleyhinə olsa da, Rusiya neftinin alışını azaltdığı kimi, İran neftinin də alışını azaltmaq məcburiyyətində qalacaq. Çin alternativ variant kimi ərəb ölkələrindən neft alışını artıra bilər. Bu isə ucuz İran neftindən baha olacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR