Onlayn ictimai-siyasi qəzet
Son iki ildə ABŞ Məxfi Xidmətinin rəhbərliyi keçmiş prezident Donald Trampın mühafizəsini gücləndirmək üçün əlavə resurslar ayırmaqdan dəfələrlə imtina edib.
Bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, keçmiş prezidenti qorumaq vəzifəsi daşıyan zabitlər Trampın iştirak etdiyi idman tədbirlərinə və digər ictimai toplantılara gələnləri yoxlamaq üçün maqnitölçənlər və əlavə personal, eləcə də digər açıq hava tədbirlərində əlavə snayperlər və mütəxəssislər komandaları tələb ediblər.
Nəşr əlavə edib ki, Məxfi Xidmət rəhbərliyi resursların çatışmazlığı adı altında tez-tez bu istəkləri təmin etməkdən imtina edib. Məqalədə təfərrüatlı şəkildə qeyd olunub ki, Trampın müşavirləri ABŞ-ın yüksək səviyyəli məmurlarının müdafiəsinə cavabdeh olan xidmətin keçmiş prezidenti qorumaq üçün yetərincə fəaliyyət göstərməməsindən narazılıqlarını ifadə ediblər./Report
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ