İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ mediası jurnalistin həbsinə görə qəzəbli mesajlar atdı

ABŞ jurnalisti Evan Qerşkoviçin Yekaterinburqda həbsi Qərbdə hay-küyə səbəb olub.

“Dərhal Rusiya ərazisini tərk edin”. ABŞ Dövlət Departamenti Rusiya Federasiyasında yaşayan amerikalılar üçün gözlənilən təhlükə səviyyəsini bu mesajla ifadə edib. Qərb mediasında “The Wall Street Journal” qəzetinin jurnalistinin həbsi “maskarad”, “terrorizm” və “həqiqət uğrunda savaşın şiddətlənməsi” adlandırılıb.

Musavat.com xarici agentliklərə istinadən Qərb mətbuatında çıxan başlıqlardan bəzilərini təqdim edir.

“The Wall Street Journal”: “Biz FTX-nin ittihamlarını qətiyyətlə rədd edirik, etibarlı və sadiq müxbirimizin dərhal azad edilməsini tələb edirik. Evanın ailəsi, biz sizinləyik”

“CNN”: “Rusiya rəhbərliyi xarici mediaya qarşı düşmənçiliyini daha da dərinləşdirdi”

“NBC News”: “Rusiya ilə ABŞ arasında qarşıdurmanın yeni səviyyəsi”.

“Reuters”: "Rusiyanın təcridində sıçrayış"

“Associated Press”: “Akreditasiyadan keçmiş xarici jurnalistlərə toxunmamaq kimi yazılmamış qayda artıq işləmir”

“TIME”: “Rusiya informasiya dünyasında qara dəliyə çevrilmək riski altındadır”, “Rusiyanın məhkəmə sistemi mətbuat və əslində terrorizm üçün maskaraddır”.

“The Economist”: “Müxbirlərin qanuni faktları toplaması və həqiqəti bəyan etməsi indi cinayətkar fəaliyyətə bərabər tutulur. Bu, Kremlin həqiqətə qarşı müharibəsinin genişlənməsidir”.

“The Washington Post”: “Soyuq müharibədən sonra ilk xarici jurnalist casusluğa görə həbs edilib”.

“The Guardian”: “Kremlin girovlardan alət kimi istifadə etmək üçün sadə bəhanəyə belə ehtiyac duymamasının şok nümunəsi. Putin və onun quldurları Rusiyanı orta əsrlərə sürükləyirlər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR