Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Livandakı səfirliyi öz vətəndaşlarından Beyrut Beynəlxalq Hava Limanında mövcud uçuş variantlarını nəzərdən keçirməyi xahiş edir və Livandan uçmaq istəyənləri, hətta əvvəlcədən seçilmiş marşrutda olmasa belə, istənilən mövcud uçuşu bron etməyə təşviq edir.
Musavat.com xəbər verir ki, bu barədə səfirliyin LivandakıABŞ vətəndaşlarına müraciətində məlumat açıqlanıb.
Müraciətdə bildirilir ki, maddi baxımdan ABŞ-a qayıtmaq imkanı olmayan ABŞ vətəndaşları repatriasiya krediti şəklində maliyyə yardımı üçün səfirliyə müraciət edə bilərlər: “Biz Livandan səyahət etməməyi seçən ABŞ vətəndaşlarını fövqəladə hallar planları hazırlamağa və uzun müddət sığınacaqda qalmağa hazır olmağa çağırırıq”.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ