İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ konqresmeni: “NATO Rusiyanı 3 günə məğlub edər”

ABŞ Nümayəndələr Palatasının üzvü, Respublikaçılar Partiyasının nümayəndəsi Adam Kinzinger NATO-nun Rusiyanı 3 günə məğlub edə biləcəyini qeyd edib.

Musavat.com xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

Amerikalı konqresmen həmin statusla bir sosial şəbəkə istifadəçisinin “NATO-nun nəyə görə Rusiyanı hələ də açıq qarşıdurmada məğlub etmədiyi” sualına cavab verib.

“Ümid edirəm ki, bu, zarafatdır. NATO-nun Rusiyaya qarşı müharibəsi əsl 3 günlük əməliyyata bənzəyəcək”, - deyə respublikaçı siyasətçi bildirib.

Qeyd edək ki, Adam Kinzinger Nümayəndələr Palatasında İllinoys ştatını təmsil edir. O, ABŞ Hərbi Hava Qüvvələrinin pilotu olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR