İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresinə Ukraynanı dəstəkləyən ikinci qanun layihəsi təqdim olundu

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya dəstəyin artırılması ilə bağlı qanun layihəsi təqdim ediblər.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, sənəddə Ukraynanın “təhlükəsizliyi və bərpası”nın təmin edilməsinə vəsaitin ayrılması, habelə “Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi” ilə bağlı müddəalar var. Qanun layihəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli demokratı Qreqori Miks tərəfindən dəstəklənib.

Agentlik qeyd edir ki, hazırda Konqresin hər iki palatasında azlıqda olan demokratların qanun layihəsi ABŞ-dan Kiyevə hərbi dəstəyin davam etdirilməsinə ümid edən siyasi rəqibləri tərəfindən Respublikaçı prezident Donald Trampın administrasiyasına təzyiq elementidir. "Reuters" etiraf edir ki, sənəd hazırkı formada qəbul edilməsə belə, onun bəzi müddəaları ABŞ Konqresində qəbul oluna biləcək Ukrayna ilə bağlı ikitərəfli qanun layihəsinə daxil edilə bilər.

Aprelin əvvəlində hər iki partiyadan bir qrup senator Ukrayna münaqişəsinin həlli ilə bağlı Vaşinqtonun təklif etdiyi ideyaları rədd edərsə, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı ilkin və ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Təklifdə Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən mallara 500 faiz idxal rüsumlarının tətbiqi daxil edilib. Qanun layihəsini senatorlar Lindsi Qrem (Respublikaçı, Cənubi Karolina) və Riçard Blumental (Demokrat -Konektikut) təqdim ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR