İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresindən Polşaya silah və “Apache” satışına “yaşıl işıq”

ABŞ Konqresi Polşaya “AH-64E Apache” helikopterləri və digər sistemlərin satışı üçün 12 milyard dollar limitə icazə verib.

Musavat.com xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşak özünün X hesabında yazıb:

“Biz ABŞ Konqresinin Polşaya 96 “Apache” helikopterini radarlar və silahlarla birlikdə satılmasına razılığını almışıq. İndi qiymətlə bağlı danışıqlara başlayırıq. Prosedurlar tamamlanana və alınan helikopterlər Polşaya çatdırılana qədər ABŞ Ordusu bizi “Apache” ilə təmin edir”.

Qeyd edək ki, Dövlət Departamenti avqustun 21-də Polşaya “AH-64E Apache” helikopterlərinin mümkün satışına icazə verib. Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyinin məlumatına görə, helikopterlərdən başqa, müxtəlif ehtiyat hissələri, gecəgörmə, müşahidə və rabitə sistemləri, 1800-dən çox “AGM-114R2” raketləridə satışına icazə verilənlərin siyahısındadır.

Əsas podratçıların “Lockheed Martin” və “Boeing” olacağı güman edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR