İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan SƏRT MESAJ: “İran bu sınaqdan qalib çıxacaq!”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumlarını İkinci Dünya Müharibəsini alovlandıran Hitlerin hərəkətləri ilə müqayisə edib.

Musavat.com xəbər verir ki, bu barədə o, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında bildirib.

"İran xalqının çətinliklər qarşısında nümayiş etdirdiyi həmrəylik və güclü dövlət təcrübəsi sayəsində bu günləri də dəf edəcəyinə heç bir şübhəmiz yoxdur. İsrailin hücumları qarşısında İranın öz xalqını müdafiə etmək məqsədilə atdığı addımlar tamamilə təbii, qanuni və hüquqidir. Necə ki, 90 il əvvəl Hitlerin alovlandırdığı qığılcım bütün dünyanı oda bürüdü, bu gün Netanyahunun iddiaları da dünyanı fəlakətə sürükləməkdən başqa bir məqsəd daşımır", - deyə Ərdoğan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR