İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil M. Quliyev bu yolla formada qalır

"Harada işləmişəm, yaşamışam yanımda "qantellər" olub. Hərəsi 15, 20 kiloqram. Efir adamı olduğum və rejissor işi fiziki əziyyərt tələb etdiyi üçün formada qalıram".

Bu sözləri rejissor Aqil M.Quliyev "Efirdən kənar" verilişində deyib.

Rejissor formada qalmasından danışıb. O bildirib ki, düzgün qidalanaraq və idman edərək çəkisini nəzarətdə saxlayır:

"Həmişə şux olmalısan və çəkiliş meydançasında hamıya enerji verməlisən. Ya içməlisən, ya da sağlam bədənlə enerji yığırsan. Qida məhdudiyyətim var. Çantamı açın, orada idman "jqut"u görəcəksiniz. Hər zaman formada olmağı sevirəm. Bir dəfə özümü buraxdım və oldum kök. Başladım gəzməyə, tər tökə-tökə gəzirəm".   (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR