İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresi seçkilərində ilkin dəyərləndirmələr: Respublikaçılar öndədir

ABŞ Konqresinə keçirilən seçkilərlə bağlı ilkin məlumatlara görə, respublikaçılar Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcəklər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, son nəticələrə əsasən “fillərin” 198, “eşşəklər”in 173 yer qazandığı görünür. Respublikçılara aşağı palatada üstünlük qazanmaları üçün 218 yer kifayətdir. Senat ətrafında isə əsl qızğın döyüş gedir. Burada Demokratlar 48, respublikaçılar 47 mandata malikdir.

Ştat qubernatorlarına gəlincə, respublikaçılar 24 ştatda liderlik edir.

Doğrudur, bu məlumatlar sonradan dəyişə bilər. Əsas mübarizənin Arizona, Corciya və Nevada ştatlarında getdiyi bildirilir.

Demokratlar hazırda Senata 50-50 səslə nəzarət edir, vitse-prezident Kamala Harris isə həlledici səsə malikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR