İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Kiyevə 2,3 milyard dollarlıq paket ayırır

Vaşinqton Kiyevə 2,3 milyard dollar dəyərində daha bir silah paketinin ayrılmasını elan etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” ABŞ müdafiə naziri Lloyd Ostinin bəyanatına istinadən məlumat yayıb.

Pentaqon rəhbəri bildirib ki, paketə tank əleyhinə silahlar, həmçinin “Patriot” və digər hava hücumundan müdafiə sistemləri üçün raketlər daxildir.

“Ukrayna tək deyil və Birləşmiş Ştatlar heç vaxt dəstəyindən əl çəkməyəcək. 50 müttəfiq və tərəfdaşla birlikdə biz Ukraynanın Rusiyanın təcavüzünü bu gün dəf etmək və sabah onun qarşısını almaq üçün lazım olan kritik imkanları təmin etməyə davam edəcəyik”, – Ostin söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR