İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ, İsrail və BƏƏ gizli görüş keçirib

ABŞ, İsrail və BƏƏ gizli görüş keçirib. 

Musavat.com bu barədə Azad İran teleqram kanalına istinadən xəbər verir. 

İyulun 18-də ABŞ, İsrail və BƏƏ müharibədən sonra Qəzza zolağının idarə olunması planlarını müzakirə etmək üçün Əbu-Dabidə gizli görüş keçirib.

Bu barədə Amerikaya məxsus "Axios" xəbər saytı 2 İsrail rəsmisinə istinadən yazır. Görüşün BƏƏ-nin xarici işlər naziri Əl-Nəhyan tərəfindən təşkil edildiyi, Amerika tərəfində Baydenin Yaxın Şərq üzrə müşaviri Makqurkun, İsrail tərəfdən isə strateji məsələlər üzrə nazir Dermerin iştirak etdiyi qeyd edilir.

“Görüş göstərir ki, İsrailin baş naziri Netanyahu İsrail-HƏMAS müharibəsindən sonra Qəzza zolağının idarə olunması üçün real plana ehtiyac olduğunu dərk etməyə başlayır”, - məqalədə qeyd edilir.

İyulun 19-da məlum olub ki, BƏƏ müharibədən sonra vəziyyəti sabitləşdirmək üçün Qəzza zolağına qoşun göndərməyə hazır olduğunu bəyan edən ilk ölkə olub. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR