İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranın baş prokuroruna sanksiya tətbiq etdi  

ABŞ hökuməti İrandakı etirazlarla bağlı bir İran şirkətinə və bu ölkənin bir neçə rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Siyahıya İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzirinin də adı salınıb.

Bununla yanaşı “Eutelsat” peyki dekabrın 22-də bildirib ki, Avropa İttifaqının İranın Tele-radio Təşkilatına qarşı sanksiyalarının icrasına uyğun olaraq, bu dövlət qurumuna bağlı bütün radio və televiziya kanallarının yayımını dayandırıb.“Eutelsat” onu da bildirib ki, İran və Rusiya televiziya kanallarının yayımının dayandırılması ilə şirkətin növbəti ilki gəliri təxminən 10-15 milyon avro azalacaq. "Eutelsat"-in məlumatına görə, bu sanksiyalar dekabrın 21-dən etibarən həyata keçirilir.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR