Onlayn ictimai-siyasi qəzet
Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqinə fasilə vermək qərarına gəlib.
Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən The Wall Street Journal yayıb.
Qeyd olunur ki, ötən həftə Ağ Evin mətbuat katibi Karolin Levitt Dövlət Departamentinə, Maliyyə Nazirliyinə və Milli Təhlükəsizlik Şurasına "İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bütün fəaliyyətləri dayandırmağı" tələb edən direktiv göndərib. Nəticədə ABŞ prezidenti Donald Trampın İrana qarşı bərpa etdiyi “maksimum təzyiq” siyasətinə faktiki olaraq son qoyulub.
Levittin müavini Anna Kelli nəşrə verdiyi şərhdə bu məlumatı birbaşa təkzib etməyib, lakin bildirib ki, “ya Ağ Ev, ya da müvafiq nazirliklər sanksiyalarla bağlı hər hansı yeni qərarı elan edəcək”. Qəzet qeyd edir ki, Vaşinqton sonuncu dəfə mayın 21-də Tehrana məhdudiyyətlər tətbiü edib, o vaxtdan bəri Maliyyə Nazirliyi yeni sanksiyaların elanını ən azı iki dəfə təxirə salıb.
Neftin və dondurulmuş İran aktivlərinin satışı ilə bağlı əsas məhdudiyyətlərin qüvvədə qalacağı gözlənilir. Bununla belə, Tramp administrasiyasının bəzi rəsmiləri bu pauzanın müddəti və əhatə dairəsi ilə bağlı aydınlığın olmamasından narahatdırlar. Bəzi işçilər hesab edirlər ki, bu yanaşmanın məqsədi "İranın nüvə proqramı üzrə incə danışıqlar fonunda" gələcək məhdudlaşdırıcı tədbirləri diqqətlə təhlil etməkdir.
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ