Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Omanın vasitəçiliyi ilə Maskatda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
“Axios” portalı mənbələrə istinadən yazır ki, ABŞ prezidenti Donald Tramp çox güman ki, İranla nüvə proqramı üzrə razılıq əldə etmək üçün müəyyən güzəştlərə getməyə hazırdır.
Portala əsasən, Maskatda keçirilən dolayı danışıqların müsbət nəticələnəcəyi təqdirdə, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında birbaşa dialoq 12 və ya 13 apreldən sonra baş tuta bilər.
"Tasnim" agentliyinin məlumatına görə, İran və ABŞ arasında Omandakı danışıqlar bazar gününə qədər davam edə bilər. Bildirilir ki, görüşlərin ümumi atmosferi “müsbət” qiymətləndirilir.
Musavat.com görüşdən görüntüləri təqdim edir:
Musavat.com
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ