İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ iqtisadçıları Ağ Evin böyük səhvini üzə çıxartdılar – Tariflər yanlış hesablanıb

Vaşinqtonda yerləşən Amerika Sahibkarlıq İnstitutu (American Enterprise Institute) Tramp administrasiyası üçün şok yaradan açıqlama ilə çıxış edib.

İnstitutun iqtisadçı-analitikləri bildiriblər ki, tariflərin tətbiq edilməsi üçün həyata keçirilən hesablamalarda ciddi yanlışlığa yol verilib.

Musavat.com xəbər verir ki, iqtisadçıların analizi institutun saytında yerləşdirilib.

Mütəxəssislərin fikrincə, hakimiyyət orqanlarının cavab rüsumlarının tətbiqi üçün istifadə etdiyi düsturda Amerika məhsullarına tətbiq edilən rüsumların nəticələrinin təsirini təxminən dörd dəfə artıran ciddi riyazi səhv var. Mühafizəkar beyin mərkəzi bildirib ki, səhv administrasiyanın məqsədlərinə çatmaq üçün tətbiq etdiyi dərəcələrin tələb olunandan çox yüksək olması ilə nəticələnib. Formula sadəcə ABŞ-ın hər bir ölkə ilə ticarət kəsirinin ABŞ-ın həmin ölkədən idxal etdiyi malların dəyərinə bölünməsidir. İnstitut hesab edir ki, hakimiyyət idxal qiymətləri üçün yanlış dəyərdən istifadə edib.
Araşdırmaya görə, İqtisadi Məsləhətçilər Şurası ilə birgə hazırlanmış formula ticarət kəsirinə təsir edən amilləri yanlış təqdim edir. Müəlliflər iddia edirlər ki, ABŞ-ın müəyyən ölkə ilə ticarət kəsirini idxal olunan malların dəyərinə görə sadəcə bölən tənlik beynəlxalq kapital axını, qlobal təchizat zəncirləri, ölkələr üzrə müqayisəli üstünlüklər və coğrafiya kimi əsas amilləri nəzərə almır. Nəticədə, tənlikdəki iki dəyişən bir-birini ləğv edərək, onları sıfıra endirir və düsturu iqtisadi baxımdan qeyri-mümkün edir.

İqtisadçılar nümunə üçün Lesoto ilə ABŞ-ın qarşılıqlı ticarətini götürüblər. Səhvsiz işlənmiş düstur bu ölkəyə qarşı Ağ Evin təklif etdiyi düsturda göstərilən 50 faiz deyil, 13,2 faiz rüsum tələb edir. Oxşar həddən artıq qiymətləndirmə Çin (32 faiz əvəzinə 10 faiz) və Avropa İttifaqında (20 faiz əvəzinə 10 faiz) da müşahidə olunur.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

09 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR