Onlayn ictimai-siyasi qəzet
Sentyabrın 3-də sübh tezdən İsrail qüvvələri Suriya ərazisinə daxil olaraq Kuneytra vilayətində yerləşən yaşayış məntəqəsində axtarışlar aparıb və 7 nəfəri həbs edib.
Musavat.com xəbər verir ki, bu barədə SANA portalı məlumat yayıb.
Məlumata görə, 5 avtomobil və 30 hərbçidən ibarət patrul saat 03:00 radələrində Cübata əl-Xaşab kəndinə daxil olub və 05:00-da ərazini tərk edib.
Bundan əvvəl İsrail qüvvələri Kuneytra vilayətinin Bureyka kəndi yaxınlığındakı əraziləri artilleriya atəşinə tutub. Onlar həmçinin bir neçə kəndə daxil olaraq nəzarət-buraxılış məntəqələri qurub və evlərdə axtarış aparıblar.
2024-cü ilin dekabrında Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra İsrail Kuneytra və Dəra vilayətlərində qurudan əməliyyatlar həyata keçirərək bufer zonaya nəzarəti ələ almağa başlayıb.
Məlumata görə, İsrail həmçinin sərhəd bölgələrini atəşə tutaraq beynəlxalq hüququ, BMT-nin dövlət suverenliyi ilə bağlı qətnamələrini və 1974-cü ildə qəbul olunmuş, iki ölkə arasında bufer zonası yaradan razılaşmanı pozub.
Suriya bu təkrar hücumları pisləyib, onların sabitliyə nail olmaq səylərinə mane olduğunu və beynəlxalq hüququn, həmçinin razılaşmaların kobud şəkildə pozulması hesab edildiyini vurğulayıb.
Suriya hakimiyyəti beynəlxalq ictimaiyyəti İsrailin hücumlarının qarşısını almaq üçün qəti mövqe sərgiləməyə çağırıb.
Musavat.com
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ