İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-ın raket tələblərini nüvə danışıqlarının qarşısında əngəl hesab edir

İran ilə ABŞ arasında nüvə danışıqları yenidən gərginlik mərkəzinə çevrilib.

Musavat.com xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-ın Tehranın raket potensialını məhdudlaşdırmaq tələblərinin danışıqları daha da çətinləşdirdiyini bildirib.

Laricaninin sözlərinə görə, raket məsələsinin gündəmə gətirilməsi hər hansı dialoqun aparılmasını qeyri-mümkün edir.

Qeyd edək ki, danışıqlar iyun ayında gərginlik artdıqdan sonra dayandırılmışdı. O vaxt İsrail və ABŞ İran obyektlərinə zərbələr endirmiş, Təhra­n isə buna raket hücumları ilə cavab vermişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR