İnsanlara hürriyət, millətlərə istiqlal!

3 aylıq körpəsini ağladığına görə öldürdü

Rusiyada 44 yaşlı yerli sakin öz üç aylıq oğlunu amansızca döyməsi ilə bağlı cinayət işi açılıb.

Rusiya İstintaq Komitəsinin regional idarəsindən verilən məlumata görə, hadisə 2025-ci il avqustun 30-da baş verib. Kişi evdə ciddi sərxoş vəziyyətdə olub. Uşağın ağlamasına əsəbiləşərək onu başına bir neçə dəfə əllə vurub.

Körpə ağır xəsarətlər alıb və dərhal xəstəxanaya yerləşdirilib.

Kişiyə qarşı azyaşlıya ağır zərər vurma maddəsi üzrə cinayət işi açılıb və ona qarşı həbs tədbiri seçilməkdədir. Qanuna görə, ona 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR