İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Zelenskiyə demədiyi qalmadı: Nankor, ədəbsiz...

Ukrayna prezidenti Zelenskinin ABŞ-a gözlənilməz səfəri Rusiya ilə yanaşı ABŞ-da da müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, ABŞ-dakı müzakirələr səfərdən daha çox Ukrayna prezidenti Volodimir Zelenskinin özünə yönəlib.

Belə ki, Zelenski Vaşinqtona səfəri zamanı yaşıl sviter, açıq rəngli şalvar və çəkmə geyinib. Digər tərəfdən ABŞ prezidenti Co Bayden tünd sürməyi rəngli kostyuma və sarı-tünd göy rəngli qalstuka üstünlük verib.

63a5668c18c7732f30b555ef (1).jpg (45 KB)

Ukrayna liderinin ABŞ-a, xüsusən də konqresə adi geyimdə gəlməsi ABŞ mediasını və sağçı tənqidçiləri qəzəbləndirib.

Taker Karlson özünün Fox News proqramında Zelenskinin "pul tələb edən striptiz klubunun meneceri" kimi geyindiyini deyib.

63a5601f18c7732f30b555cc (1).jpg (117 KB)

"Breitbart"ın yazarı Uendell Husebo Zelenskinin 45 milyard dollardan çox yardım tələb etmək üçün Ağ Evə gəldiyini ifadə edib: "45 milyard dollar üçün bir az hörmət göstərin və kostyum alın".

Siyasət redaktoru Emma-Jo Morris isə deyib ki, Zelenski ABŞ-a uçur, lakin hələ də kostyum geyə bilmir.

Newsmax-ın aparıcısı Benni Conson daha sərt danışıb: "Bu nankor adamın Ağ Evdə kostyum geyinməyə ədəb-ərkanı çatmır. Onun sağ qalmasını maliyyələşdirən ölkəyə hörməti yoxdur. Bu, böyük bir təhqirdir."

63a5666b18c7732f30b555ed (1).jpg (81 KB)

Fox News-dan Con Roberts Ağ Evdə heç vaxt Zelenski kimi geyinən birini görmədiyini vurğulayıb. Şərhçi Peter Şiff də tənqidlərə qoşulub:

"Müharibə olduğunu bilirəm, amma Zelenski hazırda atəş altında deyil. O, ABŞ hökumətinin şəxsi təyyarəsi ilə Vaşinqtona uçdu, Ağ Evə sürücü ilə idarə olunan şəxsi avtomobillə gəldi, lakin yenə də sviter geyinmişdi. Məncə, uyğun olan geyim kostyum idi”.

63a55fbe18c7732f30b555ca.jpg (67 KB)

Mübahisə ABŞ mediası və tənqidçiləri ilə məhdudlaşmayıb, sosial mediaya da yayılıb. Bəzi sosial şəbəkə istifadəçiləri Zelenskinin geyiminin “hörmətsizlik” olduğunu deyib, digərləri onu 1941-ci ildə hərbi forma geyinərək Ağ Evə gələn Britaniya lideri Uinston Çörçilllə müqayisə ediblər.

Zelenskinin tərəfdarları isə Ukrayna liderini tənqid edənləri Moskvayönlü olmaqda ittiham ediblər.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR