İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın sabiq prezidenti Ceyms Karterin 98 yaşı tamam olub

ABŞ-ın sabiq prezidenti Ceyms Karter şənbə günü 98 yaşını qeyd edib, Karetin kitabxanası isə yeni amerikalıların təbəəliyə götürülmə mərasimini planlaşdırıb. Ağ evin sabiq başçısı adətən bu tədbirdə çıxış edir.

AZƏRTAC xəbər verir ki, Karterin Atlantadakı kitabxana və muzeyi ABŞ vətəndaşı olacaq 98 nəfərin təbəəliyə götürülmə mərasimini keçirməyi planlaşdırır. Karter Mərkəzi, həmçinin siyasətçinin ad günü münasibətilə təbrik və şəkillərin göndərilməsinin mümkünlüyünü elan edib.

“Ceyms Karter ABŞ tarixində ən uzunömürlü prezident kimi xidməti dövründə ümumxalq hörmətinə layiq gözəl həyat sürüb”, - deyə Karter mərkəzinin baş direktoru Peyc Aleksander bildirib. Digər sabiq prezidentlər Karteri ad günü münasibətilə təbrik edib və onun dövlət xidmətini yüksək dəyərləndiriblər. Karter ABŞ-ın 39-cu prezidentidir. O, ABŞ Demokratlar Partiyasının üzvü olub, 1977-1981-ci illərdə Ağ evin rəhbəri kimi fəaliyyət göstərib.

Karter daha çox İsrail ilə Misir arasında sülhün bərqərar olmasında özünün vasitəçi rolu ilə tanınıb. 1978-ci ildə Kemp-Deviddə onun sədrliyi ilə keçirilən görüşdə Misir prezidenti Ənvər Sadat və İsrail baş naziri Menahem Begin sülh, qarşılıqlı tanınma və Sinay yarımadasının Misirə verilməsi barədə razılaşıblar. Bu hadisə dörd İsrail-Misir müharibəsi seriyasına son qoyub. C.Karter 2002-ci ildə Nobel sülh mükafatının laureatı olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR