İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Ermənistana sirli dəstəyi- Professordan SENSASİON YAZI

Birləşmiş Ştatlar erməni dəyirmanına su tökür...

 İqtisad elmləri doktoru, professor Fikrət Yusifov Qərbin Cənubi Qafqazla bağlı planlarından bəhs edən müəllif yazısı yazıb. 

Musavat.com həmin yazını təqdim edir:

Azərbaycan Ordusunun bu il sentyabrın 19-da beynəlxalq hüquqa tam əməl edərək öz suveren ərazimizdə 24 saatdan az davam edən və mülki əhali arasında heç bir itki olmadan gerçəkləşdir­diyi lokal antiterror əməliyyatları ilə suverenliyini bərpa etdikdən sonra ilk vaxtlar ABŞ, sanki, Avropa Birliyinin bu məsələdəki qərəzli mövqeyini, Fransanın Ermənistanı ədalətsiz­cəsinə dəstəkləmək istiqamətində göstərdiyi canfəşanlığı kənardan izləyən bir dövlət təsəvvürü yaradırdı. Əslində, Birləşmiş Ştatların məsələyə belə bir münasibət bəsləməsi tam normal sayılırdı. 

ABŞ müstəqillik illərində Azərbay­canla daha yaxın münasibətlərin formalaşmasına, qarşılıqlı əməkdaşlığın inkişafına müəyyən qədər can atmış­dı. Birləşmiş Ştatlar regionda Azərbay­canın transmilli enerji layihələrinin, ilk növbədə, Bakı–Tibilisi–Ceyhan Boru Kəmərinin və Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılmasına dəstək ver­mişdi.

1650371537_abs-12.jpg (46 KB)

Həqiqətən, ABŞ Cənubi Qafqazda kimin kim olduğunu yaxşı bilir. O, zəngin enerji resursları olan, Qərblə Şərqi ən qısa yollarla birləşdirən Azərbaycanın regiondakı rolunu ona sərf etdiyi dərəcədə qiymətləndirir. Çünki yaxşı məlumdur ki, Birləşmiş Ştatların dün­yanın hər yerində siyasi və iqtisadi maraqları onun aparıcı hədəfləridir. Bu dövlət üçün di­gər ölkələrdə demokratiya, insan haqları, söz azadlığı kimi dəyərlərin, belə demək müm­künsə, sonrakı sırada dayanması heç də təəc­cüblü deyil. Baxın, bu gün ABŞ-la əməkdaşlıq edən və bəzilərinin isə tərəfdaş olduğu Yaxın Şərq ölkələrinin hansı birində demokratiya və insan haqları dəyərləri yer alır? Demək olar ki, heç birində. Bu konteksdə Azərbaycan si­vil tələblərin yüksək səviyyədə qorunduğu və söz azadlığının tam təmin edildiyi bir ölkədir. Heç kim elə düşünməsin ki, ABŞ-ın aidiyyəti dövlət qurumları Azərbaycanda bu dəyərlərin hansı səviyyədə olmasından xəbərsizdir. Əgər Azərbaycan daxilində özünü müxalif adlan­dıran şəxslər ölkə daxilində və xaricində hö­kumətin ünvanına haqsız danışığı, istədikləri tənqidi tirajlaya bilirlərsə, bu, demokratiya, söz azadlığı deyilmi? 

Bu gün, məsələn, Rusiya, Belarus və Orta Asiya ölkələrində hansı müxalifət öz ha­kimiyyətinə qarşı belə davrana bilər? Demə­li, ABŞ-ın “Azərbaycanda insan haqları tap­danır, söz azadlığı yoxdur” deyən müəyyən dairələrinə əsl həqiqətin nədən ibarət oldu­ğu yaxşı məlumdur. Ona görə də bütün bu məqsədli gedişlər Azərbaycanı öz təsirində saxlamaq cəhdləri kimi dəyərləndirilməlidir.

Bəs Qarabağda xatırlatdığımız anti­terror əməliyyatlarından sonra Birləşmiş Ştatların birdən-birə hadisələrin gedişa­tındakı “müşahidəçi” mövqeyinin belə kəskin dəyişməsinin kökündə nələr daya­nır? Nədən ABŞ Cənubi Qafqazda söz sa­hibi olan Azərbaycana ərazi bütövlüyünü təmin edən addımlar atdığına görə belə bir qısqanc münasibət sərgiləyir?

eferferfer.jpg (283 KB)

Əvvəla, Azərbaycan bölgədə 30 ildən çox mövcud olan qanlı separatizmin kökünü yüksək peşəkarlıqla keçirilən antiterror əmə­liyyatı ilə kəsərək bu problemin çözülməsin­də heç kimin, o cümlədən dünyanın ən böyük gücü olan Birləşmiş Ştatların da köməyinə ehtiyacı olmadığını sübut etməklə qısqanc­lıq obyektinə çevrildi. Böyük güclər kiçik və zəif saydıqları ölkələrin “sərbəst davranışla­rını” bir qayda olaraq özbaşınalıq adlandırıb həzm edə bilmirlər. 

İkincisi, Azərbaycan erməni separatizmi kimi bir qara yaranı öz bətnindən uğurla kəsib atdıqdan və bununla da Ermənistanla arasın­dakı münaqişəni bitirdikdən sonra, Qərbin, o cümlədən Birləşmiş Ştatların bu regionda hərbi iştirakına yer qoymadı. Bu isə “qoca qitə”ni və ABŞ-ı ciddi narahat edir. Yəni, indi ortaya bir sual çıxır: Qərb, başda Birləşmiş Ştatlar olmaqla, bu regiona hərbi qüvvə yerləşdirməklə kimi kimdən qoruyacaq? Digər tərəfdən, Azərbaycanın Qarabağdan öz istəyi ilə getmiş erməniləri geri çağırdığı bir şərait­də, bölgədə hər hansı bir hərbi kontingentin iştirakına hansısa ehtiyac qalmır.

Bütün bunlar Qərbin və onun başında dayanan ABŞ-ın ilk baxışda nəzərə çarpan gizli istəyidir. Əslində, bundan daha böyük maraqlar var. Birləşmiş Ştatların əsas məqsə­di Rusiyanı Cənubi Qafqazdan çıxartmaqdır. Bu gün ABŞ-ın Azərbaycana qarşı sərgilə­diyi qərəz və qəzəbin kökündə dayanan ən başlıca gerçək də bundan ibarətdir. 

Müstəqillik illərində Ermənistan–Azər­baycan arasında yaranmış müharibə vəziy­yətinin aradan qaldırılmasına Qərbin və onun aparıcı gücü olan Birləşmiş Ştatların ikili standartlarla nəzərə çarpan yanaşması bizi həmişə narahat edib. ABŞ ölkəmizlə sıx əlaqələr yaratmaq istəsə də, torpaqlarımızın erməni hərbi birləşmələrinin işğalı altında olduğu illərdə haqq-ədalətin bərpası üçün, demək olar ki, heç nə etmədi. Əksinə, bu ölkə işğalçı Ermənistana və Qarabağdakı erməni separatçılarına bu və ya digər formada dəstək verdi. 

Bir sözlə, ABŞ Birinci Qarabağ mühari­bəsində ərazilərimizin işğalı, azərbaycanlıla­rın doğma yurdlarından qovulması, torpaq­larımızda soyqırımı aktlarının törədilməsi nəticəsində minlərlə vətəndaşımızın həyatını itirməsi kimi qanlı aksiyaların ortada olma­sına baxmayaraq, 30 il ərzində heç bir ob­yektiv, ədalətli fəaliyyət göstərmədi. BMT TŞ-nin gözdən pərdə asmaq üçün qəbul etdi­yi Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz və dərhal çıxarılmasına dair 4 qətnaməsinin icra olunmamasına 30 il göz yumdu. Amma İraq və Əfqanıstana BMT TŞ-nın sanksiya­sı olmadan, qurama səbəblər gətirərək hərbi müdaxilə etdi. Qarabağ münaqişəsi Birləş­miş Ştatların beynəlxalq müstəvidə yaranan problemlərin həllində nə qədər ədalətsiz mövqe tutduğuna yaxşı nümunədir. Bu ölkə ədaləti yox, maraqları üstün tutur. Birləşmiş Ştatlar dünyanın hər yerində özünün strateji və təbii ki, ondan irəli gələn iqtisadi maraqla­rı uğrunda çarpışır. 

eefrfrefeferf.jpg (70 KB)

Bu gün ABŞ-ın Ermənistana bu qədər “isti” münasibətinin kökündə də “erməni sevgisi” dayanmır. Birləşmiş Ştatların bizim coğrafiyada əsas marağı Qərblə Şərqi birləş­dirən yolların keçdiyi Cənubi Qafqaz regio­nundan Rusiyanı sıxışdırıb öz hegemonlu­ğunu möhkəmlətməkdir. Ancaq bu nə qədər realdır? Bu gün Ermənistan iqtisadiyyatının, az qala, 80 faizə yaxın hissəsi birbaşa və do­layı yolla Rusiyanın nəzarətindədir. Ermənis­tanın dövlət sərhədlərini Rusiya hərbiçiləri qoruyur, işğalçı dövlətin ərazisində Rusiya­nın hərbi bazası var. 

Bütün tarix boyu onun-bunun alət kimi istifadə etdiyi ermənilər və onların yaratdıq­ları qondarma Ermənistan dövləti ilk baxışda, Rusiyadan imtina edib, Qərbə sığınan oyun­caq qurum kimi görünsə də, əslində, o bu gün öz xislətinə uyğun davranaraq, Qərblə Rusi­ya arasında ifritə oyunu çıxarır. Bu gün Er­mənistan Rusiyanı Qərbin tətbiq etdiyi sank­siyalardan yayındıran əsas ölkələrdən biridir. Bir tərəfdən, ABŞ-a sığınmaq istəyən Ermə­nistan, digər tərəfdən Birləşmiş Ştatların Ru­siyaya tətbiq etdiyi sanksiyaları çeynəyərək, bu ölkəyə ixracı qadağan olunmuş məhsulları xarici ölkələrdən alıb başqa ad altında satır. Ən dəhşətlisi isə odur ki, Ermənistanın bu ikili oyununu ABŞ və AB ölkələri yaxşı bilir və guya, bununla bağlı Ermənistana bir neçə dəfə də “xəbərdarlıq” edib. Görünən bir də odur ki, paradokslarla dolu bir münasibətlər müstəvisində ortada olan ancaq maraqlardır. 

Birləşmiş Ştatlar hesab edir ki, indi Ru­siyanı Cənubi Qafqazdan çıxartmaq üçün ta­rixi bir şans yaranıb və bu tezliklə baş verə bilər. Bu isə hələlik inandırıcı görünmür. Qərbin Cənubi Qafqazda nümayiş etdirdiyi canfəşanlıq sonda bu regionda ikinci Uk­rayna olaylarının yaşanmasına aparan yola bənzəyir. Ermənilər Qarabağda məğlubiyyəti həzm edə bilməsələr də, deyəsən, bu dəfə on­ları sona qədər anlatmaq missiyasını Rusiya yerinə yetirməli olacaq.

eeeee.jpg (27 KB)

Fikrət Yusifov,
İqtisad elmləri doktoru, professor

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR